Havalandırma kanalları
İZOLYASİYALI FLEKS HAVALANDIRMA KANALI Fleks havalandırma kanalları havanın sirkulyasınin təmin edilməsində ventilyasiya sisteminin əvəzolunmaz elemetlərindəndir. Fleks kanallarının xüsusi səs boğucu və istilik izolyasiyalısı mövcuddur. İstilik izolyasiyalı Fleks kanalları istilik itkisinin qarşısını alır. Səs boğucu izolyasiyalı kanallar isə ventilyasiya sistemlərinin səssiz işini təmin edir. Təcrübədə həmçinin yüksək tələblər irəli sürülməyən, xüsusi ventilyasiya sistemlərində istifadə üçün nəzərdə tutulan tam izolyasiyasız məmulatlar istifadə olunur. Belə məmulatlar daha ucuz dəyəri ilə fərqlənir. Əyilmə qabiliyyəti yüksək olan Fleks kanallarıni digər kanallardan fərqləndirən cəhəd çəkisinin azlığı və asan quraşdırılmasıdır. Geniş ölçü diapazonuna malik olduğundan Fleks kanallar müxtəlif avadanlıqlara və fərqli ölçülü detallara həmçinin oval, yuvarlaq və köşə birləşdirmə yerlərində asanlıqla montaj edilə bilir. Bir neçə qat laminasiyalı alüminium, poliester və polad məftildən hazırlanan Fleks kanalları müxtəlif təziq və temperatura malik olan havanın ötürülməsinə qadirdir . SPIRO HAVALANDIRMA KANALI Spiral kənətli kanallar, artıq dünyada öz adını təsdiqləmiş Sente Makinanın hazırladıgı tam avtomatlaşdırılmış dəzgahlarda hazırlanır. Xüsusi kənət sistemi sayəsində maksimum sızdırmazlıq və müqaviməti ilə yanaşı fitting detalları da tam avtomatlaşdırılmış ELBOW dəzgahında emal edilir. Dəzgahların yüksə həssaslıgı və minimum toleranslığı ilə çalışması kanallardakı sızdırmazlıgı sıfıra endirir . SPIRO HAVALANDIRMA KANAL DETALLARI Standart kanal ölçüləri minimum ø 100 , maksimum ø 1250 olmaqla 24 fərqli ölçüdə olur. Ayrıca kanallar istər sinklənmiş polad istərsə də paslanmaz vərəqdən hazırlana bilər. Pozitiv təzyiqin 3000 Pa , neqativ təzyiqin 5000 Pa qədər olması , -30 ° / +100° temperatura davamlılığı ilə istər xarici tərəfdən , istərsə də daxili tərəfdən izolyasiya edilməsi mümkündür. İZOLYASİYASIZ FLEKS HAVALANDIRMA KANALI Fleks havalandırma kanalları havanın sirkulyasınin təmin edilməsində ventilyasiya sisteminin əvəzolunmaz elemetlərindəndir. Fleks kanallarının xüsusi səs boğucu və istilik izolyasiyalısı mövcuddur. İstilik izolyasiyalı Fleks kanalları istilik itkisinin qarşısını alır. Səs boğucu izolyasiyalı kanallar isə ventilyasiya sistemlərinin səssiz işini təmin edir. Təcrübədə həmçinin yüksək tələblər irəli sürülməyən, xüsusi ventilyasiya sistemlərində istifadə üçün nəzərdə tutulan tam izolyasiyasız məmulatlar istifadə olunur. Belə məmulatlar daha ucuz dəyəri ilə fərqlənir. Əyilmə qabiliyyəti yüksək olan Fleks kanallarıni digər kanallardan fərqləndirən cəhəd çəkisinin azlığı və asan quraşdırılmasıdır. Geniş ölçü diapazonuna malik olduğundan Fleks kanallar müxtəlif avadanlıqlara və fərqli ölçülü detallara həmçinin oval, yuvarlaq və köşə birləşdirmə yerlərində asanlıqla montaj edilə bilir. Bir neçə qat laminasiyalı alüminium, poliester və polad məftildən hazırlanan Fleks kanalları müxtəlif təziq və temperatura malik olan havanın ötürülməsinə qadirdir .