"Azventgroup" şirkəti 2008 - ci ildə təsis edilmişdir. Şirkət yarandığı tarixdən etibarən yaşayış və iaşə obyektlərində, müxtəlif istehsalat sahələrində, inzibati binalarda çoxcəhətli və çox funksiyalı havalandırma sistemlərinin quraşdırılması prosesini yüksək səviyyədə həyata keçirməkdədir. Kifayət qədər mürəkkəb proses olan bu sistemin ilkin və ən məsuliyyətli mərhələsi olan - layihələndirməni də həyata keçirir.